Marneulidəki məktəblərdən birində iki aydır sinif jurnalları itib
Marneuli bələsiyyəsinin Algeti 2 saylı ictimai məktəbində sinif jurnalları itib.

Bu barədə məlumatı ilk olaraq "24 news" yayımlayıb. Təhsil Resurs Mərkəzindən bildirirlər ki, hadisə təxminən iki ay əvvəl baş verib. Algeti ictimai məktəbinin direktoru Azadə Muradova bizimlə söhbəti zamanı bildirdi ki, faktla bağlı dərhal patrul polisinə məlumat veriblər.

"Axtarırıq. Polisin xəbəri var. Mən də başa düşmədim bu hadisə necə baş verdi"
, – direktor dedi.

Məktəbdən neçə jurnalın itməsi ilə bağlı sual verən zaman direktor telefonu söndürdü və hələ də zənglərimizə cavab vermir. Təhsil Resurs Mərkəzindən verilən məlumata görə, məktəbdən 4 sinfin jurnalının itdiyi güman olunur.

“Marneuli” radiosu məsələ ilə bağlı istintaqın hansı mərhələdə olduğunu öyrənmək üçün Daxili İşlər Nazirliyinə müraciət edib. Nazirlikdən cavab alan kimi təqdim edəcəyik.



Print ელ. ფოსტა
FaceBook Twitter Google