Tamarisidən Parlamentədək azadlıq naminə – aksiya iştirakçısı 9 apreli xatırlayır
Bu gün, 9 aprel faciəsindən 32 il ötür. Tamarisi sakini Rusudan Davitadze 1989-cu ildə aksiyada iştirak edirmiş. O, öz təəssüratlarını bizimlə bölüşür və 9 aprel tarixini azadlıq uğrunda mübarizə günü adlandırır.

“Həmin gün çox ağır gün idi. Azadlıq üçün mübarizə başlayanda Tamarisidən demək olar ki, 35% gənclər Tbilisiyə aksiyaya gedirdi. Sonra biz də qoşulduq, analar getməyə ərinmirdi. Həmin gecənin iştirakçılarındanam. Ancaq əvvəlki gecələri də orada keçirmişdik. Hər il gecə saat 12-də çıxıram və burada memorialın yanında şam yandırıram. Bu günü həmişə xatırlamalıyıq. Bu onların fədakarlığının nəticəsidir”,
– Rusudan Davitadze 9 aprel hadisəsini gözü yaşlı şəkildə yad edir.



1989-cu ilin 9 aprel tarixində səhərə yaxın Sovet İttifaqının silahlı qüvvələri Tbilisinin mərkəzində, Parlament binası qarşısında dinc aksiya iştirakçılarını dağıdıb və nəticədə 21 nəfər dünyasını dəyişib.

Parlament qarşısına toplaşmış minlərlə vətəndaş qazla zəhərlənib. 1991-ci ilin 9 aprel tarixində Ali Şura həmin tarixi Gürcüstanın Dövlət Müstəqilliyinin bərpası günü elan edib.

Print ელ. ფოსტა
FaceBook Twitter Google