Gürcüstan bayraqları və təbrik plakatları – Marneuli meriyası yerli sakinləri müstəqillik günü münasibəti ilə təbrik edib
Bu gün, 26 may tarixində Gürcüstanın müstəqillik günü ilə əlaqədar Marneulidə, Rustaveli küçəsinin bir hissəsinə, meriya və Mədəniyyət Evinin binasına dövlət bayraqları və təbrik plakatları asılıb.

Marneuli meriyasından “Marneuli” radiosuna bildirdilər ki, koronavirusa görə bələdiyyədə bu il müstəqillik gününə həsr edilmiş genişmiqyaslı tədbirlər keçirilməyəcək.



Qeyd edək ki, ötən il də Gürcüstanın müstəqillik günündə Marneulidə genişmiqyaslı tədbirlər keçirilməmişdi. Yerli özünüidarə bu il olduğu kimi 2020-ci ildə də yerli sakinləri bayraqlar asmaqla təbrik etmişdi.


1918-ci ilin 26 may tarixində Tbilisidə Gürcüstan Milli Şurası dövlət müstəqilliyi aktını qəbul edib. Avropanın aparıcı ölkələrinin müstəqilliyini tanıdığı Gürcüstan Demokratik Respublikası üç ili tamam olmamış Sovet Rusiyası tərəfindən işğal edildikdən sonra mövcudluğunu dayandırdı.

31 mart 1991-ci il tarixində Gürcüstanda referendum keçirildi ki, burada da 1918-ci ilin 26 may müstəqillik aktı əsasında müstəqilliyin bərpası ilə bağlı suala cavab verilməli idi. Referendumda əhalinin ümumi sayının 90,3% iştirak etdi və onlardan 98,9% suala müsbət cavab verdi. Bunun əsasında 1991-ci ilin 9 aprelində Gürcüstan dövlətinin müstəqilliyinin bərpası aktı qəbul edildi. Gürcüstanın müstəqilliyindən 103 il ötür.

Print ელ. ფოსტა
FaceBook Twitter Google