Marneuli merinin müavini Laşa Lobcanidze vəzifəsini tərk edib
Marneuli merinin müavini Laşa Lobcanidze vəzifəsindən ayrılıb.

Marneuli meriyasından "Marneuli" radiosuna verilən məlumata görə, Lobcanidze vəzifəsindən ayrılması ilə bağlı bu gün, 28 may tarixində ərizə təqdim edib. 

Marneuli meriyasından bildirirlər ki, Lobcanidze özəl sektorda işlədiyinə görə vəzifəsini tərk etməli olub. 

L. Lobcanidze 2017-ci ilin dekabr ayında Marneuli merinin müavini vəzifəsinə təyin olunmuşdu. 

Qeyd edək ki, Lobcanidze vəzifəsindən istefa etdikdən sonra Marneuli merinin yalnız bir müavini qaldı. Kənan Ömarov 2020-ci ildə Marneuli merinin müavini vəzifəsinə təyin edilib.

Hal-hazırda Marneuli Bələdiyyəsinin meri də yoxdur. Merin səlahiyyətlərini Zaur Tabatadze icra edir.


Print ელ. ფოსტა
FaceBook Twitter Google