Marneuli yerli özünüidarəsi yaxınlaşan isti havalar üçün hazırlığa
başlayır. Marneuli meriyası soyuducu və kondisionerlərin alınması
üçün bir neçə sadələşdirilmiş müqavilə bağlayıb.
24 may tarixində Marneuli meriyası ,,ALI” MMC ilə iki
sadələşdirilmiş müqavilə bağlayıb. Birinci müqaviləyə əsasən şirkət
meriyaya 1380 lariyə iki soyuducu verməlidir.
“Xatırladaq ki, Marneuli bələdiyyəsinin meriya
binasında və ətraf ərazidə iaşə obyekti yoxdur, əməkdaşlar özləri
ilə yemək gətirməli və soyuducuda saxlamalı olurlar. Buradan irəli
gələrək 2 soyuducunun alınmasına ehtiyac var”, –
maddi-texniki təminat şöbəsinin rəhbəri Besik Sexniaşvilinin
izahatnaməsində qeyd olunub.
Meriya artıq həmin şirkətdən iki kondisioner də alıb. Onların ümumi
dəyəri 3800 lari təşkil edir. Qeyd olunan kondisionerlər 80 kvadrat
metrə qədər sahəni sərinlətmək üçün alınıb.
Yerli özünüidarə daha bir konsidioneri isə başqa şirkətdən,
“Texnika+” MMC-dən alıb və 400 lari ödəyib. Qeyd olunan kondisioner
25 kvadrat metrə qədər sahəni sərinlətmək üçün nəzərdə tutulub.
Marneuli meriyası yeni kondisionerlərin alınması ilə yanaşı artıq
mövcud olan kondisionerlərin təmiri, təmizlənməsi və freon
nasosların quraşdırılması xidmətinə də pul ödəyib. Meriya qeyd
olunan xidmətə görə fərdi sahibkar “Elmar Məmmədov”-a 2 760 lari
ödəyib. Müqaviləyə görə, meriyada 6 kondisionerin kondensatoru
dəyişdirilməlidir, 43 kondisioner məhlulla təmizlənməlidir və nasos
lazımdır. Bundan başqa daha iki böyük kondisioner isə
təmizlənməlidir.