“Başa düşmürəm” – dövlət sistemi qeyri-gürcüdilli əhaliyə
Marneuli bələdiyyəsində yaşayan qeyri-gürcüdilli əhalinin dövlət xidmətlərindən yararlanma prosesində problemləri yaranır.

Mollaoğlu kəndində yaşayan Qəmil Mustafayev özünün və ailəsinin təhlükəsizliyini qorumaq üçün tramplinə duyduğu ehtiyac barədə danışır. Qəmil problemlərin həlli üçün meriyaya getməyin mənasız olduğunu hesab edir. Çünki dövlət dilini bilmir.

“Allaha and olsun, həyətdə döşəməni silmək üçün istifadə etdiyimiz ağac durur. Uşağa deyirəm ki, bayıra çıxmazdan əvvəl həmin çubuğu uzatsın və sonra çıxsın. Dünən maşın az qalsın anamı vururdu, ayaqları şişib, güclə gəzir. Evdən çıxıb gedirmiş və… İndi görürlər kamera çəkir, asta sürürlər. Gündüz saat 4-dən sonra evdən çıxa bilmirik. Konkret olaraq isə mənim ailəm üçün çətindir, körpə uşağım var. Tramplin yoxdur. Yuxarı düzəldiblər aşağı yox. Bu orta hissədə maşınlar uçur. Ona görə dövlətdən xahiş edirəm, tramplin yerləşdirsinlər.”


Qəmil problemlərin həllində dövlət müəssisəsi əvəzinə Mollaoğlu icma mərkəzinə gedir ki, ona başa düşdüyü dildə, Azərbaycan dilində məlumat versinlər.



Print ელ. ფოსტა
FaceBook Twitter Google