Marneuli bələdiyyəsinin yerli özünüidarəsi altı kreslo və dörd
stulu 3080 lariyə alıb.
Marneuli meriyası "ofis 1" MMC ilə 27 may tarixində sadələşdirilmiş
müqavilə bağlayıb. Müqaviləyə əsasən şirkət meriyaya stul və
kresloları 2 iyun tarixinə qədər verməlidir.
Yerli özünüidarəetmə qara rəngli tor, alüminium baza, baş
söykənəcəyi olan 3 ədəd diyircəkli kreslo alıb. Digər üç kreslo isə
qara rəngli örtük, xrom bazalı və diyircəkli olacaq. Meriya eləcə
də konfrans üçün dörd stul alıb. Stullar qara rəngdə, parça səthli
olacaq.
Marneuli meriyasına baş söykənəcəyi olan bir kreslo 536 lari 75
tetriyə başa gəlib.
Baş söykənəcəyi olmayan bir kreslo 299 lari 25 tetriyə alınıb. Ofis
üçün stul isə 123 lariyə başa gəlib.
Marneuli meriyasının Maliyyə Büdcə Xidmətinin rəhbəri Vüqar
Məmmədov bildirdi ki, stul və kreslolar meriyanın müxtəlif
xidmətləri, zalları üçün alınıb. Məmmədovun sözlərinə görə,
müxtəlif xidmətlərə yeni əməkdaşlar əlavə olunub və ona görə
stullar almağa ehtiyac yaranıb.