Yadlaşma və əlaqənin olmaması - Dmanisinin problemi necə həll olunmalıdır
17 may tarixində Dmanisidə baş vermiş genişmiqyaslı qarşıdurmadan iki həftədən artıq vaxt ötüb.

Əhali arasında məişət zəminində mübahisə 16 may tarixində başlamışdı. Ancaq hadisələr növbəti gün daha da ciddiləşdi. Hüquq mühafizə orqanlarının nümayəndələri əhali qrupları arasında dayanır və onlara fiziki qarşıdurma yaratmağa imkan vermirdilər. Ancaq Dmanisi hadisəsi zamanı daş atılması, jurnalistlərə qarşı zorakılıq və qrup şəklində hücum halları tez-tez qeydə alınırdı.

Dmanisidə qarşıdurma həqiqətən də məişət zəminində başladı. Ancaq “Salam” platformasının üzvü Kamran Məmmədlinin “Marneuli” radiosu ilə söhbəti zamanı bildirdiyinə görə, 17 may tarixində əhali arasında baş vermiş genişmiqyaslı mübahisənin səbəblərindən biri əhali arasında birgə yaşama və bölüşmə təcrübəsinin az olması idi.

“Dərin səbəblərə baxsaq, görərik ki, ikinci gün aşkarlanan ayırıcı xətlər Dmanisidə gündəlik həyat tərzinin bir qismidir. Baxmayaraq ki, bu adamlar bir bələdiyyədə, bir kənddə, bir küçədə yaşayırlar, ünsiyyət, münasibət zamanı əksər hallarda etnik xətlər həlledici olur. Etnik xətlərdən başqa onların birgə yaşama təcrübəsi yoxdur. Sanki eyni bələdiyyə içərisində etnik azərbaycanlı və etnik gürcülərin fərqli yaşamı, məişəti var. Birgə yaşamağa istiqamətlənmiş kəsişmə nöqtələri yoxdur və onlar arasında gündəlik ticari, yaxud münasibət qurma əlaqələri də azdır”.

Məmmədlinin sözlərinə görə, Dmanisidə yaşayan etnik gürcü və Azərbaycanlılar arasında birlik hissi yoxdur. Etnik Azərbaycanılar düşünür ki, onların kimliyi və mənsubiyyəti yalnız Azərbaycançılıqla, etnik gürcülər isə düşünür ki, onların kimlik və mənsubiyyəti etnik gürcülüklə ölçülür.

“Salam” platformasının üzvünün sözlərinə görə, Dmanisi sakinləri arasında birgə yaşama təcrübəsinin olmamasına səbəb bələdiyyədə QHT sektorunun az olması, medianın zəifliyi, məsafə yaratma və əhaliyə birgə yaşamaq təcrübəsinin yaradılması ilə bağlı dövlət tərəfindən atılmamış addımlardır.

“Bu problemdən çıxış yolu yəqin ki, uzunmüddətli iş olardı. Fokus və diqqət isə bu xalqın bir-biri ilə əlaqələndirilməsinə yönəldilməlidir ki, Dmanisi sakininin kimliyi daha güclü olsun, bütün etnik, mədəni, dini fikirləri sındırsın. Adamlar Gürcüstan vətəndaşı mühitində birləşsinlər və ümumi təcrübə yaratsımlar. Bu birgə kooperativ, birgə məkanlar və biznes yaratmaq və dövlət tərəfindən birgə yaşama təcrübəsinin gücləndirilməsi ola bilər. Həmçinin, bu adamlarda bir sahəyə, bir məkana aid olma təəssüratını gücləndirəcək proqramların yaradılması yaxşı olardı”,
– Kamran Məmmədli bildirdi.

“Salam” platformasının üzvünün sözlərinə görə, Dmanisi əhalisinə göstərmək lazımdır ki, bələdiyyədə etnik mənsubiyyətə baxmayaraq problemlər, çətinliklər, kasıblıq və ehtiyac ümumidir. Məmmədlinin bidlirdiyinə görə, dövlət və QHT də hər iki etnik qrupun nümayəndələrində olan təəssüratlar üzərində işləməlidir və bu Dmanisi sakinləri arasında baş vermiş yadlaşdırmadan uzunmüddətli çıxış yolu olardı.
Print ელ. ფოსტა
FaceBook Twitter Google