Marneuli meriyası beş kənddə yolların çəkilməsinə 2 064 728 lari xərcləməyi planlaşdırır
Marneuli yerli özünüidarəsi beş kənddə yollara asfalt qatının çəkilməsini planlaşdırır.

Marneuli meriyası 2 iyun tarixində yolların bərpası/çəkilməsi məqsədi ilə iki tender elan edib. Tenderlərin ümumi dəyəri 2 064 728 laridir.

Birinci tenderə əsasən yerli özünüidarə Dəmyə, İmirçala və Xixani kəndlərində daxili yollara asfalt çəkəcək. Qeyd olunan işlər üçün meriya 1 241 299 lari ayırıb.
İkinci tender Dolisxana kəndinə gedən yola asfalt qatının çəkilməsi və Kirəç-Muğanlı kəndində daxili yolların bərpası üçün elan olunub. Marneuli meriyası bu layihəni həyata keçirmək üçün 823 429 lari ayırıb.

Tenderlərdə iştirak etmək istəyən şirkətlər 18 iyundan 23 iyuna qədər təkliflərini təqdim edə bilərlər. 23 iyun tarixində təkliflərin qəbulu dayandırılacaq və bundan sonra meriya tenderdə qalib gəlmiş şirkətləri müəyyən edəcək və onlarla müqavilə bağlanacaq.

Tender sənədlərinə görə, Dəmyə, İmirçala və Xixani kəndlərində daxili yollarda asfalt qatının çəkilməsi işlərində qalib gələcək şirkət, müqavilə bağlandıqdan sonra 90 gün ərzində yolu çəkməlidir. İkinci tenderdə qalib gəlmiş şirkət isə Dolisxana kəndinə gedən yola asfalt qatının çəkilməsi və Kirəç-Muğanlı kəndində daxili yolların çəkilməsi işlərini müqavilə bağlandıqdan 70 gün ərzində həyata keçirməlidir.

Print ელ. ფოსტა
FaceBook Twitter Google