Marneuli yerli özünüidarəsi beş avtobus almaq üçün büdcədən əlavə
350 000 lari ayırıb.
Marneuli meriyası əvvəlcə yeni avtobusları 1 300 000 lariyə almağı
planlaşdırırdı. 2021-ci ilin 26 yanvar tarixində meriyanın
Maliyyə-Büdcə Xidmətinin rəhbəri Vüqar Məmmədov bildirmişdi ki,
yerli özünüidarə üç yeni avtobusu 1 300 000 lariyə alacaq. Ancaq
Məmmədov Bələdiyyə Məclisinin 4 iyun tarixində keçirilən iclasında
qeyd etdi ki, avtobusların alınması üçün əlavə pula ehtiyac
var.
"Bildiyiniz kimi beş yeni avtobusun alınması üçün
büdcədə 1 300 000 lari nəzərdə tutulub. Nəzərinizə çatdırım ki,
dollar və avronun məzənnəsi artdığına görə, 350 000 lari əlavə
etmək lazım gəlib."
Marneuli meriyası 2020-ci ildə də beş yeni avtobus almışdı və bunun
üçün 1 311 000 lari xərcləmişdi.