Marneuli bazar ərazisində maşınların dayanmasını qadağan edən yol nişanı quraşdırılıb
Bu gün, 7 iyun tarixində, Marneuli bazar ərazisində, işıqfora yaxın ərazidə maşınların dayanmasını qadağan edən yol nişanı quraşdırılıb.

Marneuli "Avtopark" MMC-nin direktoru Qiqa Calağonia "Marneuli" radiosu ilə söhbəti zamanı bildirdi ki, maşın saxlamağı qadağan edən yol nişanının quraşdırıldığı ərazidə yalnız ictimai nəqliyyat dayana biləcək. Özəl maşın sürücüsü qadağa nişanına diqqət yetirməzsə və yenə də maşını həmin ərazidə saxlayarsa, patrul polisi onu cərimələyəcək.

Marneuli Bələdiyyə Məclisi Marneuli bazarı ərazisində qadağa nişanının quraşdırılması barədə qərarı 2021-ci ilin mart ayında qəbul edib. Bu barədə Bələdiyyə Məclisinə "Avtopark" MMC müraciət edib.

9 mart tarixində Avtoparkın direktoru "Marneuli" radiosu ilə söhbəti zamanı bildirmişdi ki, bazar ərazisində həmişə əhali sıxlığı hiss olunur. Buna görə sərnişinlərə və ictimai nəqliyyata təhlükə yaranır. Məhz buna görə saxlamağı qadağan edən nişanın yerləşdirilməsinə ehtiyac yaranıb.



Print ელ. ფოსტა
FaceBook Twitter Google