Marneuli meriyası üç ay ərzində şagirdlərin nəqliyyatla təmin edilməsinə 226 869 lari xərcləyib
Marneuli yerli özünüidarəsi 2021-ci ilin üç ayı ərzində şagirdlərin nəqliyyatla təmin edilməsinə 226 869 lari 77 tetri xərcləyib.

Marneuli meriyası “Time Servis” MMC ilə müqavilə bağlayıb. Tenderə əsasən, şirkət müxtəlif kəndlərdə yaşayan şagirdlərin məktəbə aparılmasını və məktəbdən çıxan zaman isə yenidən kəndə qaytarılmasını təmin etməlidir.

“Time Servis” MMC və Marneuli meriyası arasında bağlanmış təhvil-təslim aktından aydın olur ki, 2021-ci ilin 10 fevral tarixindən 28 fevrala qədər olan dövrdə şirkət şagirdlərin nəqliyyatla təmin edilməsi üçün 59 224 lari 64 tetri alıb. Şirkət 1 mart tarixindən 31 mart tarixinə qədər olan dövrdə 17 gün işləyib və şagirdlərin daşınması üçün 76 858 lari 08 tetri alıb. Aprel ayında isə “Time Servis” MMC meriyadan 90 787 lari 05 tetri alıb.

“İctimai məktəb şagirdlərinin nəqliyyatla təmin edilməsi proqramı”-na Marneuli bələdiyyəsinin 19 məktəbi və 2695 şagird qoşulub.

Bələdiyyədə qeyd olunan proqramın həyata keçirilməsinə ötən ildən başlanılıb. Ancaq pandemiyaya görə xidmət yalnız iki ay davam edib.
Nəqliyyat xidmətindən istifadə edən məktəblərin siyahısını təqdim edirik:

  • Şulaveri 1 saylı ictimai məktəbi
  • Şulaveri 2 saylı ictimai məktəbi
  • Qasımlı ictimai məktəbi
  • Tamarisi kənd 1 saylı ictimai məktəbi
  • Əzizkənd ictimai məktəbi
  • Araflı ictimai məktəbi
  • Ağməmmədli kənd ictimai məktəbi
  • Təzəkənd 1 saylı ictimai məktəbi
  • Təzəkənd 2 saylı ictimai məktəbi
  • Sabirkənd 1 saylı ictimai məktəbi
  • Sadaxlı 1 saylı ictimai məktəbi
  • Sadaxlı 2 saylı ictimai məktəbi
  • Tsereteli ictimai məktəbi
  • Kirəç-Muğanlı ictimai məktəbi
  • Maradisi ictimai məktəbi
  • Qızılhacılı 1 saylı ictimai məktəbi
  • Kəpənəkçi ictimai məktəbi
  • Qullar ictimai məktəbi

Print ელ. ფოსტა
FaceBook Twitter Google