Marneuli meriyası 5 mini stadionun tikilməsi üçün 701 985 lari xərcləməyi planlaşdırır
Marneuli yerli özünüidarəsi beş kənddə mini futbol və basketbol stadionlarının tikilməsi, bərpası üçün 701 985 lari dəyərində tender elan edib.

Yerli özünüidarə Xixani kəndindəki mini futbol və basketbol meydançasının təmirini 105 097 lariyə həyata keçirməyi planlaşdırır.

Dörd kənddə yeni stadionların tikilməsi planlaşdırılır. Onların hər birinin tikintisi üçün isə büdcədən 149 222 lari ayrılıb.

Marneuli meriyası 2021-ci ildə Axlı-Lələ, Yenikənd, Qaçağan kənd 1 saylı ictimai məktəbi və Keşəli kəndində mini stadion tikəcək.

Qeyd edək ki, Marneuli meriyası mini stadionların tikintisi üçün ötən il də tenderlər elan etmişdi. 2020-ci ilin sentyabrında yerli özünüidarə dörd stadionun tikintisi üçün tender elan etmişdi. Hər bir stadionun tikintisinə meriya 67 796 lari nəzərdə tutmuşdu. 2019-cu ildə də bir stadionun tikintisinə həmin miqdarda pul xərclənmişdi. Ancaq 2021-ci ildə bir stadionun tikilməsi üçün təxmini dəyər 81 426 lari artırılıb.

Bələdiyyə Məclisinin 2021-ci ilin 4 iyun tarixində baş tutmuş iclasında stadionların tikitnisi üçün dəyərin artırılmasını dəstəkləyiblər. Meriyanın Maliyyə-Büdcə Xidmətinin rəhbəri Vüqar Məmmədovun iclasda bildirdiyinə görə, bu il bələdiyyə ümumilikdə 10 mini stadion tikməyi planlaşdırır.

Bunun üçün meriyanın büdcəsində pul nəzərdə tutulmuşdu. Ancaq smeta səndələri qəbul olunduqdan sonra əlavə 615 000 lari ayırmaq lazım gəlib.



Print ელ. ფოსტა
FaceBook Twitter Google