14-15 iyun tarixlərində Marneulidə qadınlar pulsuz süd vəzisi xərçənginin müayinəsindən keçə bilərlər
Bu gün, 14 iyun tarixində, vətəndaşlar Marneuli “Geo Hospitals” Doğum Evi və Ambulatoriya Mərkəzinin həyətində süd vəzisi xərçəngi proqramı ilə nəzərdə tutulmuş müayinədən keçə bilərlər.

Gürcüstan Milli Skrininq Mərkəzinin direktoru Eter Kiğuridze “Marneuli” radiosu ilə söhbəti zamanı bildirdi ki, əhaliyə süd vəzisi xərçənginin skrininq proqramı ilə nəzərdə tutulmuş xidmətlər göstəriləcək.

“Bu müayinələr mammoqrafiya, lazım gələn halda ultrasəs müayinəsini, biopsiya və sitoloji müayinələri nəzərdə tutur. Proqramda 40 yaşdan 70 yaşa qədər qadınlar iştirak edə bilər. Belə tədbirlər ona görə keçirilir ki, adamlar üçün coğrafi baxımdan əlçatan olsun. Evə yaxın yerdə belə müayinədən keçsinlər və sonra hansısa patologiya qeydə alınarsa, erkən mərhələdə aşkarlansın, xəstəlik daha asan müalicə edilsin”, – Eter Kiğuridze bildirdi.



Marneuli “Geo Hospitals” Doğum Evi və Ambulatoriya Mərkəzinin rəhbəri Nino Koberidze “Marneuli” radiosu ilə söhbəti zamanı bildirdi ki, tibb mərkəzi və Milli Skrininq Mərkəzinin əməkdaşlığı ilə müayinələr iki gün davam etdiriləcək.

“Bu gün və sabah, yəni 14-15 iyun tarixlərində bizdə süd vəzisi xərçənginin skrininq müayinələri pulsuz olacaq. Düşünürük ki, bu çox mühümdür. Çünki problem ağırlaşmamış müayinə aparılır.”


Nino Koberidzenin sözlərinə görə, aksiya təhlükəsiz mühitdə aparılır və koronavirusla bağlı bütün tövsiyələrə riayət edilir.

Marneuli merinin müavini Kənan Ömərov xəstəliklərin skrininq proqramı çərçivəsində Marneulidə pulsuz müayinələrin aparılması prosesini nəzərdən keçirib. O, proqramı müsbət qiymətləndirib və tibb müəssisəsinin nümayəndələrinə minnətdarlığını bildirib.


Print ელ. ფოსტა
FaceBook Twitter Google