Marneulidə bu il də “yay məktəbi” fəaliyyət göstərməyəcək
Marneulidə bu il də “yay məktəbi” fəaliyyət göstərməyəcək.

Uşaq Bağçaları Birliyinin sədri Zaur Kərəmovun sözlərinə görə, bu qərar koronavirusun qarşısının alınması məqsədi ilə verilib.

Marneulidə “Yay bağçalarının” fəaliyyət göstərməsi təcrübəsi illərdir var. Hər il bələdiyyədə yay bağçası funksiyasını 1 saylı bağça yerinə yetirir.

Yay bağçası 2020-ci ildə pandemiyaya görə fəaliyyətini dayandırdı. 2019-cu ildə həmin bağça 42 uşaq qəbul etmişdi. Yay bağçası işləyən valideynlərin uşaqları üçün nəzərdə tutulub.

Print ელ. ფოსტა
FaceBook Twitter Google