İsrail səfirinin qəbul edilməsi Marneuli meriyasına 2 931 lariyə başa gəlib
10 iyun tarixində İsrail səfiri Rayan Qidon Marneuliyə gəlmişdi. Marneuli yerli özünüidarəsi İsrail səfirini qəbul etmək üçün dörd sadələşdirilmiş müqavilə bağlayıb. İsrail səfirliyinin nümayəndələrinin qəbul edilməsi meriyaya 2 931 lariyə başa gəlib.

Yerli özünüidarə səfirin gəlişinə görə, Marneuli şəhərində, Rustaveli küçəsində bayraqları dəyişib. Meriya fərdi sahibkar “Eduard Tunyandan” müxtəlif ölçülərdə Gürcüstan, İsrail və Avropa İttifaqının bayraqlarını 1 213 lari 50 tetriyə alıb.

Marneuli meriyası qonaqlar üçün süfrə açılmasını təmin edib. Meriya furşetə 400 lari ödəyib. Qonaqların restoranda nahar yeməyi yeməsi meriyaya 1200 lariyə başa gəlib.

Meriya səfirin gəlişi ilə əlaqədar hədiyyə olaraq, bükülmüş iki şüşə gürcü şərabı alıb. Bunun üçün isə 117 lari 50 tetri ödəyib.

İsrail səfiri 10 iyun tarixində Marneuliyə səfəri zamanı “Şalom Klub Kvemo Kartli”-nin açılışını etmişdi. Səfir mərkəzi parkda qarşılanmışdı. Rəqs və musiqi nömrələri təqdim olunmuşdu. Səfər çərçivəsində, Marneuli təhsil müəssisələrinə 40 planşet hədiyyə edilmişdi. Məktəb direktorlarına texnikanı İsrail səfiri təqdim etmişdi.

Print ელ. ფოსტა
FaceBook Twitter Google