Yerli özünüidarə 3 ay ərzində 5 milyondan artıq pul xərcləyib
Bu gün, 18 iyun tarixində, Bələdiyyə Məclisinin iclasında Marneuli bələdiyyəsinin 2021-ci il birinci rübün hesabatı təqdim olunub.

Meriyanın Maliyyə-Büdcə Xidmətinin rəhbəri Vüqar Məmmədov məsələni müzakirəyə çıxardı. O, bildirdi ki, birinci rübdə, üç ay ərzində, yerli özünüidarə 5 547 000 lariyə yaxın pul xərcləyib.

“Buradan əməkhaqqına 875 039 lari, subsidiyalar bəndi ilə 2 116 000 lari, qrant bəndi ilə 45 000 lari, sosial təminat bəndi ilə 614 000 lari, qeyri-maddi aktivlərin artırılması bəndi ilə 587 800 lari xərclənib. Təşkilati əmlak üzrə, Marneuli meriyası birinci rübdə 135 000 lari, Bələdiyyə Məclisi 365 000 lari, hərbi şöbə 40 410 lari xərcləyib. Ehtiyat Fondundan isə 17 300 lari xərclənib.”

Vüqar Məmmədov qeyd etdi ki, yanvar, fevral və mart aylarında infrastruktur layihələrindən, yollara qulluq baxımından ümumilikdə 29 000 lariyə yaxın, yolların təmiri-bərpasına isə 76 500 lariyə yaxın pul xərclənib.

“İçməli suyun istismarı məqsədi ilə, “Kənd Suları” MMC üçün 371 140 lari, içməli su sisteminin bərpasına 410 000 lariyə yaxın, kanalizasiya sisteminin inkişafı, qulluq və bərpasına 439 500 lariyə yaxın pul xərclənib. Rayonun abadlaşdırılmasına 8 035 000 lari, təmizliyə 400 000 lariyə yaxın, təhsil sahəsinə 661 000 lariyə yaxın, sosial təminat maddəsindən 561 000 lari (sosial baxımdan aztəminatlı vətəndaşlar üçün əməliyyat və dərmanlara 397 000 lari, birdəfəlik yardım məqsədi ilə 164 000 lari) xərclənib”, – Vüqar Məmmədov bildirdi.

Qeyd edək ki, Marneulinin 2021-ci il büdcəsi ümumilikdə 44 milyondan artıqdır.

Bələdiyyə Məclisinin bugünkü iclasında iki məsələ müzakirə olundu. Onlardan hər ikisi ilə bağlı müsbət qərar qəbul edildi.

Print ელ. ფოსტა
FaceBook Twitter Google