Marneulidə ədəbi festival keçirilir
Bu gün, 28 iyun tarixində, Marneulidə ilk dəfə “Ədəbi festival 2021” keçirilir. Festival çərçivəsində vətəndaşların müxtəlif müəlliflərlə söhbət etmək, endirimlə kitablar almaq və “Amerika guşəsinin” Marneulidə nə planlaşdırdığını öyrənmək imkanı olacaq.

Festivalın təşkilatçılarından biri, Marneuli İctimai Kitabxanasının direktoru Lana Xexelaşvili “Marneuli” radiosu ilə söhbəti zamanı bildirdi ki, əgər festival bu gün uğurla keçərsə, ənənəyə çevriləcək və hər il baş tutacaq.

“Gürcü yazarlarını dəvət etmişik. Bu Basil Canikaşvilidir. Gürcü yazıçısı və dramaturqu Lela Tsutskiridze bizim qonağımız olmalı idi. Ancaq təəssüf ki, gələ bilmir. Amma onu uşaq yazarı ilə əvəz edəcəyik və bu gün Qiorqi Çauçidze qonağımız olacaq. O, kiçik oxucularla görüşəcək və öz fəaliyyəti ilə onları tanış edəcək. Eləcə də yerli şiar, Koki Xarşiladze də qonağımız olacaq və qonaqlar onunla görüşəcəklər. Həmçinin, daha bir yerli yazar, Kamran Kiryakov də qonaqlarla görüşəcək”,
– Lana Xexelaşvili bildirdi.


Festivalın məqsədi yerli əhali arasında kitab oxumağın təbliğ edilməsi, bələdiyyədə yerli ədəbiyyatın tanıdılması/həvəsləndirmə və regionda nəşriyyat sektorunun inkişafına dəstək olmaqdır.

Festivalın ideya müəllifi Davit Çikadze, təşkilatçılar isə Marneuli İctimai Kitabxanası, Marneuli Mədəniyyət Mərkəzi, İnsan İnkişaf və Mədəniyyət Beynəlxalq Məktəbidir. Layihəni Marneuli meriyası dəstəkləyir.

Print ელ. ფოსტა
FaceBook Twitter Google