İctimaiyyətdə Covid-19-la bağlı yayılmış miflərin təkzib edilməsi
üçün “Vestmen və Babulik” animasiya və komiksləri hazırlanıb.
30 iyun tarixində, Marneulidə komikslər və animasiyaların təqdimatı
keçirilib. Layihə çərçivəsində animasiyaların 4 seriyası və
adaptasiya edilmiş komikslər versiyaları hazırlanıb.
Mülki İnteqrasiya Fondunun layihə meneceri Quranda Çavçavadze
“Marneuli” radiosu ilə söhbəti zamanı bildirdi ki, animasiyalar və
komikslər pandemiya ilə bağlı yanlış baxışların əksinə,
ictimaiyyətə düzgün məlumat çatdırmaq məqsədi ilə yaradılıb.
“Facebookda “Vestmen və Babulik” adlı səhifə var. Həmin
səhifədə bu animasiyaları görə bilərsiniz. “Vestmen və Babulik”
indiki mərhələdə üç dildə – gürcü, azərbaycan və erməni dillərində,
komiks və animasiya olaraq hazırlanıb. Gürcüstanda yaşayan etnik
azlıqlar üçün də bu məlumat çox mühüm olduğu üçün materialları bu
dillərdə hazırlamağa qərar verdik. Bu çox yaxşı formadır. Çünki
qısa və düzgün məlumatlar, mesajlar göndərilib”, –
Quranda Çavçavadze bildirdi.
“Vestmen və Babulik-covid 19” layihəsi Mülki İnteqrasiya Fondu
tərəfindən Generation təşkilatı ilə tərəfdaşlıq nəticəsində “Black
Trusty”-nin maliyyə dəstəyi ilə həyata keçirilir.