Etnik və dini azlıqların mədəni irsini tanıtmaq məqsədi ilə
Marneulidə “səyyar muzey” açılacaq.
“Səyyar muzeyin” açılmasını “Həmrəylik muzeyi” planlaşdırır.
“Həmrəylik muzeyi”-nin rəhbəri Elnur Əlisoy “Marneuli” radiosu ilə
söhbəti zamanı bildirdi ki, “səyyar muzey” çərçivəsində açıq səma
altında Gürcüstan Azərbaycanlılarının mədəniyyətini əks etdirən
ekspozisiya qurulacaq.
“Orada ənənəvi Borçalı xalçaları, eləcə də 1918-21-ci
illərdə, Sovet İttifaqının işğalına qədər olan dövrdə, parlamentdə,
yaxud ona qədər təsis edilmiş toplantıda təqdim olunmuş, gürcü
siyasətinə qoşulmuş azərbaycandilli siyasətçilər olacaq. Eyni
zamanda onların şəkilləri və məşğul olduqları iş təqdim ediləəck.
Novruz bayramı və digər ənənələr barədə ekspozisiya olacaq.
İstəyirik ki, bu ekspozosiya ilə Gürcüstanın azərbaycandilli
icmasının mədəniyyətini, Gürcüstanla ümumi olan tərəflərini
göstərək, onun kök və fəlsəfəsindən də söhbət açaq”,
— Elnur Əlisoy bildirdi.
Marneulidə “Səyyar muzey” avqust ayında açılacaq. Marneulidən sonra
muzey Kvemo Kartlinin başqa bələdiyyələrinə də aparılacaq. Nəticədə
Qərbi və Şərqi Gürcüstanda da təqdim olunacaq.
“Marneulidə səyyar muzey açılacaq. Əvvəl Kvemo Kartli
və Tbilisi çərçivəsində bir neçə yerdə olacaq və sonra Qərbi, Şərqi
Gürcüstanda turlar həyata keçirməyi planlaşdırırıq. Avqustun
sonunda planlaşdıracağıq və Qori, Kutaisi, Zuqdidi, Batumi, Xulo
istiqamətində gedəcəyik. Payızda Saqareco, Siğnaği, Telavi, Pankisi
və s. nəzərəd tuturuq.”
“Səyyar muzey”-i nəzərdən keçirmək maraqlanan şəxslər üçün pulsuz
olacaq. Ekspozisiya şəhərlərin mərkəzi hissəsinə yerləşdiriləcək və
maraqlananlar istədikləri mövzuda məlumat ala biləcək.
“Səyyar muzey” layihəsi Orbeliani Gürcüstan Fondunun dəstəyi ilə,
Rustavi innovasiyalar Mərkəzi tərəfindən maliyyələşdirilib.
Layihənin büdcəsinin bir qismini təşkilatçılar "crowdfunding"
vasitəsi ilə toplamalıdır. “Həmrəylik muzeyi” “səyyar muzey”
layihəsini həyata keçirməkdə yardım etmək istəyənlər qeyd olunan
link vasitəsilə pul köçürə bilərlər::
მოსიარულე
მუზეუმი