Marneulidə 2021-ci il seçkilərindən əvvəl demokratiya ilə bağlı problemlər barədə konfrans keçirilib
Bu gün, 8 iyul tarixində, Marneuli Mülki Məşğulluq Mərkəzində yerli özünüidarə seçkilərindən əvvəl demokratiya ilə bağlı problemlər barədə konfrans keçirilib.

Konfransda iki əsas məsələ müzakirə olunub. Məsələlər 2021-ci ildə seçki islahatları çərçivəsində, seçki qanunvericiliyində dəyişikliklərə və sosial mediada olan problemlərlə bağlı idi.

Ədalətli Seçkilər və Beynəlxalq Demokratiya Cəmiyyətinin (İSFED) hüquqşünası Qiorqi Muniava “Marneuli” radiosu ilə söhbəti zamanı bildirdi ki, görüşün məqsədi yerli səviyyədə siyasi partiyalara, maraqlanan şəxslərə və QHT-ə seçki məcəlləsində həyata keçirilmiş dəyişikliklər barədə məlumat verməkdir.

“Dəyişikliklər kifayət qədər çoxdur. Müsbət, eləcə də mənfi dəyişikliklər var. Qüvvədə olan məcəllə ilə nəzərdə tutulmuşdu ki, siyasi siyahılar hər ikinci namizədin fərqli cinsin nümayəndəsi olacaq şəkildə tərtib olunmalı idi. Bu region səviyyəsində çox mühüm idi. Ancaq, yeni dəyişikliklərə görə, hər ikinci namizəd əvəzinə üçüncü namizəd fərqli cinsin nümayəndəsi olmalıdır. Bu demək olar ki, birmənalı şəkildə standartın pisləşdirilməsidir”, –
Qiorqi Muniava bildirdi.

Seçki Məcəlləsində edilmiş dəyişikliklərdən başqa sosial mediada seçki kampaniyası zamanı da problemlərlə qarşılaşırıq. Ədalətli Seçkilərin araşdırmaçısı Şota Narsia “Marneuli” radiosu ilə söhbəti zamanı bildirdi ki, Ədalətli Seçkilər 2018-ci ildən sosial mediada seçki kampaniyalarının aparılmasını müşahidə edir. Təşkilat siyasi subyektlərin rəsmi səhifələrini, eləcə də anonim olaraq fəaliyyət göstərən səhifələri də müşahidə edir.

“Biz 2021-ci ilin yerli özünüidarə seçkilərində indiyə qədər olan tendensiyanın davam etdirilməsini görürük. Müxtəlif növ “Facebook” səhifələri anonim olaraq müxtəlif siyasi partiyaların nüfuzdan salınmasına, yaxud dəstək kampaniyalarına qoşulub. Eləcə də koordinasiya edilmiş şəkildə fəaliyyət göstərmə halları da qeydə alınır. Son dövrdə eləcə də çox sayda yeni səhifələr yaradılır. Onlar “Facebook”-a fəal şəkildə reklamlar yerləşdirirlər. Baxmayaraq ki, “facebook”-da siyasi reklamın yerləşdirilməsi bəyan edilmiş şəkildə həyata keçirilməsi məcburidir, qeyd olunan səhifələr bəyan edilməmiş şəkildə, yaxud kifayət qədər məlumat yerləşdirilmədən təqdim ediblər. Çünki bu dəyərin mənşəyi eləcə də seçki məsələləri ilə əlaqədar olan konkret şəxslərin, yaxud birliklərin məqsədi məlum deyil”, – Şota Narsia bildirdi.

“2021-ci ilin yerli özünüidarə seçkilərindən əvvəl demokratik problemlər” konfransı “Ədalətli Seçkilər və Beynəlxalq Demokratiya İctimaiyyətinin” təşkilatçılığı və “Demokratiya naminə Milli Töhfə” (NED) Fondunun maliyyə dəstəyi ilə həyata keçirilir.
Print ელ. ფოსტა
FaceBook Twitter Google