Mer olaraq namizəd mən də ola bilərəm, Aqil Mustafayev də – Azər Süleymanov merliyə namizəd barədə
Gürcüstan Parlamentinin sabiq deputatı, "Vahid Milli Hərəkat" partiyasının üzvü Azər Süleymanovun gələcək Yerli özünüidarə seçkilərində Marneuli merliyinə namizəd ola biləcəyi gözlənilir.

Bu barədə ötən gün yerli mətbuat orqanı “Aktual.ge” paylaşım edib. Həmçinin sosial şəbəkələrdə də Süleymanovun Marneulinin meri vəzifəsinə namizəd olacağı ilə bağlı müzakirələr olunur.

“Marneuli” radiosu ilə söhbəti zamanı Süleymanov merliyə namizədliyini irəli sürüb-sürməyəcəyinə açıqlama gətirdi. Onun sözlərinə görə, hazırda mövzu ilə əlaqədar olaraq "Vahid Milli Hərəkat" partiyasının ofisində müzakirələr aparılır.

“Merliyə namizəd ola da bilərəm, olmaya da. Bu mənim istəyimlə olmur. Partiyanın seçimi, qərarı əsasında müəyyənlşir. Bəlkə də partiya Aqil Mustafayevi namizəd olaraq təqdim edəcək, bəlkə də məni. Bunu hələ ki, bilmirik.”

Süleymanov Vahid Milli Hərəkatın kimi namizəd olaraq təqdim edəcəyinin 1 həftə sonra məlum olacağını qeyd etdi.

Gürcüstanda yerli özünüidarə seçkilərinin 2 oktyabr tarixində keçiriləcəyi ehtimal olunur.

Print ელ. ფოსტა
FaceBook Twitter Google