Marneulidə ictimai təşkilatlar və biznes assosiasiyalar üçün Avropa
İttifaqının dəstək mexanizmləri, tələbləri ilə bağlı seminar
keçirilib.
Avropa İttifaqı-Gürcüstan biznes Şurasının icraçı direktoru Qiorqi
Kaçarava “Marneuli” radiosu ilə söhbəti zamanı bildirdi ki, yerli
təşkilatlara ümumi məlumat verilməsi ilə yanaşı, yerli fermerlərlə
məlumat kampaniyasını hansı istiqamətdə keçirməli olduqları, həmin
kampaniyada onları Avropa İttifaqının dəstəyinin nəzərdə tutduğu
mexanizmlərlə tanış etmələri barədə də məlumat verilib.
“Bugünkü seminarda qida təhlükəsizliyi baxımından, eləcə də kənd
təsərrüfatı məhsulları, industriya edilmiş, ərzaq olmayan bütün
məhsullara əsas aksent edildi. Ümumi və konkret məlumatlar verdik.
Hər hansı məhsul harada, hansı laboratoriyada testdən keçməlidir və
eləcə də fermerlər üçün hansı dəstək tərəfləri
mövcuddur”,- Qiorqi Kaçarava bildirdi.
Avropa İttifaqı-Gürcüstan Biznes Şurası seminarlar üçün üç dildə,
gürcü, azərbaycan və erməni dillərində bələdçi hazırlayıb. Bələdçi
təşkilatın veb-səhifəsində yayımlanacaq.
Seminar iştirakçılarından biri, Marneuli Demokrat Qadınlar
Təşkilatının rəhbəri Olqa Endeladze “Marneuli” radiosu ilə söhbəti
zamanı bildirdi ki, Avropa İttifaqı ilə dərin və hərtərəfli azad
ticarət məkanı barədə razılaşmaya əsasən, Gürcüstan
qanunvericiliyində çox dəyişikliklər edilib. Gələcəkdə isə daha çox
dəyişikliklərin edilməsi planlaşdırılır.
Marneulili sahibkarların isə yeni tənzimləmələr barədə məlumatı
yoxdur.
“Bizim regionda real sahibkarlar üçün bu məlumat həqiqətən də
əlçatan deyil. Görürəm ki, biznesmenlər, böyük və kiçik sahibkarlar
üçün bu məlumatı əldə etmək mühümdür. Çünki onların sahəsi ilə
əlaqədar müvafiq tənzimləmələr və məcburi tələbləri də əhatə edir.
Mən əminəm ki, biznesmenlər əvvəl hansı tənzimləmələrin olduğunu
dərk edəcək və bu mövzuda dərin işləmək lazımdır”, -
Olqa Endeladze bildirdi.
Seminar Avropa İttifaqı-Gürcüstan Binzes Şurasının təşkilatçılığı
və Avropa Fondunun dəstəyi ilə keçirilib. Seminarın məqsədi ictimai
təşkilatlar və biznes assosiasiyalarına Avropa İttifaqının dəstək
mexanizmləri ilə bağlı məlumat çatdırmaqdır.