Marneulidə “Avropalı Gürcüstanın” siyahısının 35-ci üzvü partiyanı tərk edib
Marnelidə “Avropalı Gürcüstan”-ın partiya siyahısının 35-ci sırasında olan namizəd Marneulidə Dairə Seçki Komissiyasına onun partiya siyashısından çıxarılması tələbi ilə müraciət edib.

“Avropalı Gürcüstan”-ın keçmiş üzvü Eldəniz Keçəlov “Marneuli” radiosu ilə söhbəti zamanı bildirdi ki, partiyanı tərk etmək barədə qərarı özü qəbul edib.

“Bu partiya ilə artıq beş ildir işləyirdim. Ancaq indi işləmək istəmirəm. 2017-ci ildən seçkilərdə iştirak edirəm. Heç kim heç nə deməyib, bu mənim şəxsi qərarımdır”, – Eldəniz Keçəlov bildirdi.

Keçəlov partiyanı tərk etmək qərarı verməsinin səbəbini açıqlamadı. Ancaq bildirdi ki, başqa partiyaya keçməyi planlaşdırmır.

Marneuli meri vəzifəsinə namizəd Əhməd İmamquliyev 35-ci sıradakı namizədin “Avropalı Gürcüstan”-ın partiya siyahısından öz namizədliyini çıxarmasını DTX-nın fəaliyyəti ilə əlaqələndirir. İmamquliyev bildirdi ki, DTX partiyanın bütün üzvlərinə təzyiq göstərməyə cəhd göstərib.

“Hamının yanına gediblər. Eldəniz bir dəfə təsdiq etdi ki, kimsə onun yanına gedib, ancaq konkret kimlər olduğunu vurğulamadı. Bu biz siyahını ictimailəşdirənə qədər olmuşdu. İndi isə bunların hamısı təsdiq edir ki, hər şey DTX-nın işidir. Mən daha çox DTX ilə əlaqələndirirəm. DTX-nın işi yalnız Eldənizlə əlaqəli deyil, bütün zəif olan üzvlərlə əlaqəlidir. Hamının yanına gediblər və düşünürəm Eldənizə təzyiq göstərə biliblər”, – Əhməd İmamquliyev bildirdi.

İmamquliyevin sözlərinə görə, digər üzvlərin də partiyanı tərk etməsi istisna deyil. Çünki seçkiqabağı dövrdə DTX siyasi fəaliyyəti olanşəxslərin dayandırılmasına çalışır.

Qeyd edək ki, Gürcüstanda yerli özünüidarə seçkiləri 2 oktyabr tarixində keçiriləcək.

Print ელ. ფოსტა
FaceBook Twitter Google