Bu gün, 27 sentyabr tarixində "Salam" platformasının üzvləri
soyadlarının sonluğundan rus sonluqlarının silinməsi məqsədi ilə
topladıqları 27 000 yaxın imzanı Gürcüstan Parlamentinə təqdim
ediblər.
#soyadımıqaytar –
“Salam” platforması imza toplamasını bitirib. 2 avqust tarixində,
Gürcüstan Parlamentinin Prosedur Məsələləri və Qaydaları Komitəsi,
“Salam” platformasının təşəbbüsünün qeydiyyatdan keçirilməsini
müzakirə edib və dəstəkləyib.
Təşəbbüsə əsasən, “Salam”-ın məqsədi, istəyi olan halda, etnik
azlıqların soyadından rus sonluqlarını (-ov, -ev və s.) götürmək
şəraitinin yaradılmasıdır.
Platforma üzvlərinin topladığı 27 mindən çox imza bu gün
parlamentin "Prosedurlar və qaydalar" komitəsinə təqdim olunub.
Yoxlanan imzalar daha sonra "İnsan haqları" komitəsinə göndəriləcək
və parlamentdə üç dəfə səsə qoyulacaq. Təklif qəbul edilərsə bu
ölkədə yaşayan milli azlıqlara qeyri-autentik soyad sonluqlarından
imtina, milli soyad sonluqlarını qəbul etmək hüququ veriləcək.
Təşkilat 45 gün ərzində 25 000 imza toplamalı idi.
“Salam” 3 avqust tarixindən imza toplamağa başlamışdı.