Marneuli meriyası seçkilər üçün 15 məntəqədə elektrik sistemini tənzimləyib
Marneuli yerli özünüidarəsi 15 seçki məntəqəsində elektrik ehtiyatı üçün elektrik məhsulları alıb.

Meriya fərdi sahibkar Nailə Mehdiyeva ilə sadələşdirilmiş müqavilə bağlayıb və 205 metr kabel, 9 ştepsel, 6 açar 20 patron və 48 lampaya 785 lari ödəyib.

Marneuli yerli özünüidarəsi seçki məntəqələrində elektrik sisteminin tənzimlənməsi tələbi ilə Marneuli 22 saylı Dairə Seçki Komissiyasına müraciət edib.

Meriyanın elektrik sistemi quraşdırdığı məntəqələrin siyahısını sizə təqdim edirik:

1. 10 saylı seçki məntəqəsi – Algeti, Mədəniyyət Evi
2. 12 saylı seçki məntəqəsi – Sabirkənd, mağaza binası
3. 17 saylı seçki məntəqəsi – Çanaxçı, Klub binası
4. 23 saylı seçki məntəqəsi – Ağməmmədli, Mədəniyyət Evi
5. 27 saylı seçki məntəqəsi – Saimerlo, ictimai məktəb
6. 34 saylı seçki məntəqəsi – Kəpənəkçi, Mağaza binası
7. 38 saylı seçki məntəqəsi – Keşəli, Ambulatoriya binası
8. 39 saylı seçki məntəqəsi – Algeti Üzümçülük Təsərrüfatı, keçmiş poçt binası
9. 40 saylı seçki məntəqəsi – Kürtlər, klub binası
10. 50 saylı seçki məntəqəsi - Qızılhacılı, mağaza binası
11. 51 saylı seçki məntəqəsi - Qullar, ictimai məktəb
12. 53 saylı seçki məntəqəsi - Qırıxlı, ictimai məktəb
13. 77 saylı seçki məntəqəsi – Ağməmmədli, ictimai məktəb
14. 84 saylı seçki məntəqəsi - Axlımahmudlu, ictimai məktəb
15. 1 saylı seçki məntəqəsi - Marneuli, Qoqebaşvili küçəsi


Marneuli bələdiyyəsində ümumilikdə 90 seçki məntəqəsi fəaliyyət göstərəcək. Gürcüstan miqyasında yerli özünüidarə seçkiləri 2 oktyabr tarixində keçiriləcək.
Print ელ. ფოსტა
FaceBook Twitter Google