Bu gün, 4 oktyabr tarixində Marneuli Dairə Seçki Komissiyası yerli
özünüidarə seçkilərinin beş seçki məntəqəsinin nəticələrini yenidən
sayıb.
22 saylı Dairə Seçki Komissiyasının sədri Ani İluridze “Marneuli”
radiosu ilə söhbəti zamanı bildirdi ki, məntəqənin yenidən
sayılmasının səbəbi seçki məcəlləsində edilmiş dəyişiklikdir. Həmin
dəyişikliyə əsasən, seçkilərdən sonra səslərin 10% yenidən
sayılmalıdır.
“Dünən Dairə Seçki Komissiyasının İclasında lototron vasitəsilə,
təsadüfi seçim prinsipi ilə məntəqələr seçildi və indi həmin
məntəqələrdə yenidən səs sayılması prosesi aparılır. Bülletenləri
sayır, dəyərləndirir və artıq bütün siyahılarda imzaları
hesablayırlar”, – Ani İluridze bildirdi.
Səslərin hesablanmasını müşahidəçi və media təşkilatları
nümayəndələrinin müşahidə etmək imkanı var idi.
Qaçağan 43 saylı, Çanaxçı 17 saylı, Axlılələ 19 saylı, Qaçağan 82
saylı və Mollaoğlu 32 saylı məntəqələrdə səslər yenidən
sayılıb.
Səslər sayıldıqdan sonra təsdiq olunub ki, dörd məntəqədə nəticələr
və yekun protokolin nəticələri bir-birinə uyğundur. 82 saylı
məntəqəsədə isə yekun protokolda səhv var idi.
“Seçicilərin imzası barədə hər üç növ yekun protokolda uyğunsuzluq
var idi və müəyyən olundu ki, masa siyahılarında olan imzalar
hesablanıb, 6 ədəd xüsusi siyahıdakı imzalar ona əlavə
olunmayıbmış. Uyğunzuszluğun səbəbi yalnız bu idi ki, bununla bağlı
protokol tərtib olunur, yəni nəticələrə təsir göstərəcək pozuntu
baş verməyib”, – Marneuli Dairə Seçki Komissiyasının
nümayəndəsi bildirdi.
Yerli özünüidarə seçkilərinin ilkin nəticələrinə görə, Marneuli
meri “Gürcü Arzusu”-nun namizədi Kənan Ömərov olub. O, 68,01% səs
toplayıb.