Tserakvi inzibati binasının və Xixani ambulatoriyasının 115 479 lariyə təmir edilməsi planlaşdırılır
Marneuli yerli özünüidarəsi Xixani kəndində ambulatoriyanın, Tserakvi kəndində isə inzibati binanın təmirini planlaşdırır.

Marneuli meriyası bu gün, 12 oktyabr tarixində Xixani ambulatoriyasının və Tserakvi inzibati binasının bərpası üçün 115 479 lari dəyərində tender elan edib.

Tender sənədlərinə görə, Tserakvi inzibati binasının bərpasının dəyəri 84 378 laridən artıq olmamalıdır. Xixani ambulatoriyasının bərpası isə 31 101 lari dəyərində olmalıdır.

Tenderdə qalib gələcək şirkət müqavilə bağlandıqan 180 gün ərzində işləri həyata keçirməlidir. Tenderdə iştirak etmək istəyən şirkətlər 22 oktyabrdan 25 oktyabr tarixinə qədər öz təkliflərini təqdim edə bilərlər.

Print ელ. ფოსტა
FaceBook Twitter Google