Marneuli bələdiyyəsi "Peyvənd marafonuna" qoşulub
Marneuli bələdiyyəsi peyvənd marafonuna qoşulub. 20 oktyabr tarixindən Tsereteli və Tamarisi ambulatoriyalarında koronavirusa qarşı peyvənd vurulması mümkün oldu.

Peyvənd prosesinə yerli özünüidarə nümayəndələri də qoşulub. Marneuli merinin səlahiyyətlərini icra edən Zaur Tabatadze peyvəndin ilk dozasını Tsereteli kənd ambulatoriyasında vurdurub. O, bildirdi ki, bələdiyyənin başqa kəndlərində də peyvənd vurdurmaq əlçatan olacaq.

“Bugünkü göstəricilərdən irəli gələrək, həyatımızı xilas etməyin yeganə çıxış yolu peyvənddir. Ona görə, peyvənd və maska taxmaq mütləqdir. Gürcüstan əhalisi çoxsaylı deyil, ona görə də hər kəsin itirdiyi həyat ölkə üçün itkidir. Marafon çərçivəsində kəndlərə səfər planlaşdırılır. Sadaxlı və Opretiyə səfər ediləcək. Həmin kəndlərdə əhalinin peyvənd olunması üçün mərkəzə gətirilməsi çox çətindir. Əgər lazım gələrsə, meriya peyvənd vurdurmaq istəyənlərin məntəqəyə qədər gətirilməsi üçün nəqliyyat təşkil edə bilər”,
– Zaur Tabatadze bildirdi.




Marneuli meriyasının İnzibati Xidmətinin rəhbəri Nino Dekanidze də koronavirusu məğlub etməyin yeganə yolunu peyvənddə görür. O, bildirdi ki, epidemioloji vəziyyətin yaxşılaşdırılması üçün peyvənd prosesinin aktivləşdirilməsi mühümdür.

“Birmənalı şəkildə vacibdir və hər birimizin ödəməli olduğumuz vətəndaşlıq borcu var. Yerli hakimiyyət maksimum dərəcədə çalışır ki, kovid pandemiyası prosesini effektiv şəkildə idarə etsin. Bələdiyyə miqyasında əhalinin maksimum dərəcədə peyvənd olunması üçün biz də prosesə qoşulmuşuq və yerli hakimiyyət tərəfindən bu gün daha bir peyvənd məntəqəsi əlavə olundu”, – Nino Dekanoidze bildirdi.



Tsereteli uşaq bağçasının əməkdaşı Nino Berdzenidze koronavirusa qarşı peyvəndin ikinci dozasını vurdurub. O, bildirdi ki, özünün və uşaqların təhlükəsizliyi üçün belə qərar qəbul edib.

“Peyvənd mütləqdir. Hamımız peyvənd olunaq və bir-birimizin, gələcəyimizin və sağlamlığımızın qayğısına qalaq”, – Lia Berdzenadze bildirdi.



18 oktyabr tarixindən Gürcüstanın böyük kəndlərində, 3 mindən artıq sakin yaşayan kəndlərdə “peyvənd marafonuna” başlanılıb. Bu proses müxtəlif regionlarda 50-yə yaxın kəndi əhatə edir. Marafonun məqsədi yenidən pisləşmiş epidemioloji vəziyyətdə peyvənd göstəricisinin artırılmasıdır. Marneuli bələdiyyəsində peyvənd vurulması son dövrdə 50% azalıb.



Print ელ. ფოსტა
FaceBook Twitter Google