Marneulidə, 26 may küçəsində, Marneuli-Bolnisi yolunda bərpa işləri
aparılır.
Avtomobil Yolları Departamentindən “Marneuli” radiosuna verilən
məlumata görə, işləri “Millenium Builders Group” şirkəti həyata
keçirir və ümumilikdə 8 kilometr yol çəkiləcək. Yolun çəkilməsi
üçün 7 436 556 lari ayrılıb. Bundan əlavə, həmin yolun 40-cı, 41-ci
kilometr hissəsinə də asfalt qatı çəkiləcək. Burada isə işləri
“RTD” şirkəti həyata keçirir və qeyd olunan yolun bərpası 4 100 000
lariyə başa gələcək.
“Poniçala-Marneuli-Ququti avtomobil yolunun 30-37 kilometr
hissəsində yola asfalt qatı çəkilməsi işlərinə başlanılıb.
Ümumilikdə, 8 kilometr yolun bərpa işləri aparılır. İşləri
“Millenium Builders Group” həyata keçirir. Layihə 7 436 556 lariyə
başa gəlir. Eləcə də həmin yolun 40-cı və 41-ci kilometrliklərində
yolun bərpası həyata keçirilir. Həmin işləri “RTD” şirkəti həyata
keçirir, layihənin dəyəri isə 4 100 000 laridir”, –
Avtomobil Yolları Departamentindən bildirdilər.
26 may küçəsində Marneuli-Bolnisi yolunun bərpasına 22 oktyabr
tarixindən başlanılıb. Layihə 9 ay ərzində başa çatmalıdır.
Qeyd edək ki, Marneuli-Bolnisi yolu təqribən bir ildir ki, sıradan
çıxıb və xüsusilə yağışlı havada bu yolla hərəkət etmək
problemdir.