Koronavirus hallarının qeydə alınmasına görə, Marneuli
bələdiyyəsinin Tamarisi kənd ictimai məktəbi bu gündən onlayn
təhsil rejiminə keçib.
Bu barədə Marneuli Təhsil Resurs Mərkəzinin nümayəndəsi İrma
Davadze bildirdi. Onun sözlərinə görə, məktəbin beş şagirdində və
iki pedaqoqda kovid aşkarlanıb.
“
Müxtəlif siniflərdən yoluxanlar var və bütün məktəblə
təmasda olublar. Ona görə də məktəb İctimai Səhiyyə Mərkəzinin
rəhbəri Eter Laperadzenin göstərişi əsasında onlayn rejimə
keçdi. Qeyd olunan məktəbdə hələ də araşdırma prosesi aparılır”,
– Davadze bildirdi.
Bu günə olan göstəricilərə görə, Marneuli 2 saylı və Tamarisi
ictimai məktəbləri tamamilə onlayn rejimə keçib. Kosalı, eləcə də
şəhərin 7 və 8 saylı məktəblərinin ayrıca sinifləri də onlayn
rejimə keçib.
Marneuli bələdiyyəsi miqyasında ümumilikdə 74 ictimai və 2 özəl
məktəb fəaliyyət göstərir.