Marneulinin iki bağçası 9 dekabr tarixindən fəaliyyətini davam etdirəcək

Marneulinin iki uşaq bağçası 9 dekabr tarixindən fəaliyyətini davam etdirəcək. Marneuli Uşaq Bağçaları Birliyinin rəhbəri Zaur Kərəmov “Marneuli” radiosu ilə söhbəti zamanı bildirdi ki, indiki mərhələdə Şaumyaninin köhnə uşaq bağçası və Marneuli şəhər 4 saylı bağçası bağlıdır.



Hər iki bağça 9 dekabr tarixindən fəaliyyətini davam etdirəcək.

Zaur Kərəmovun sözlərinə görə, bələdiyyə miqyasında uşaq bağçalarında koronavirus halları qeydə alınmayıb. O, bildirdi ki, son iki gün ərzində aparılan testlər nəticəsində bağça heyətində koronavirus halları təsdiqlənməyib.

Qeyd edək ki, uşaq bağçalarının heyəti hər iki həftədən bir məcburi testdən keçirilir.

 

Print ელ. ფოსტა
FaceBook Twitter Google