Yazın gəlişi ilə yanaşı Marneuli bələdiyyəsində kənd təsərrüfatı
işləri fəal şəkildə aparılır. May ayında yerli tərəvəz şitillərini
açıq torpağa çıxarırlar.
Marneuli bazarında tərəvəz şitillərinin qiyməti neçədir və hansı
tərəvəz şitillərinə ən böyük tələb var. Bu barədə “Marneuli”
radiosu satıcılarla sorğu apardı.
“Əsasən pomidor, xiyar və bibər şitillərinə tələbat var. Eləcə də
badımcan və kələm də tələb olunur. Gün ərzində alıcılar da olur və
ötən illə müqayisədə yaxşıdır”, – satıcı deyir.
“Əsasən pomidor və xiyara tələbat var. Mən, məsələn,
xiyar şitilini 50 tetriyə satıram, çünki hələ kiçikdir. Eləcə də
pomidor və bibər şitili dəstələrim var. Dəstədə təxminən 25 ədəd
şitil var, bir dəstə 3-4 laridir. Hələ ki, alıcılar
var”, – satıcı deyir.
Marneulili fermer Fridon Kveladzenin illərdir şitil təsərrüfatı
var. O, bildirir ki, toxumu fevralda səpir, tərəvəz şitilini mayın
əvvəlində satışa çıxarır.
“Fevralda toxumu səpirəm. Əsasən, istixanalarda, əvvəl bibər və
badımcan toxumunu səpirik. Bir az sonra isə pomidor və xiyar
səpilir. Bundan sonra şitillər çox prosedurlardan keçməli olur.
Alaq otlarından təmizlənməlidir. Suvarma və hava lazımdır. İndiki
mərhələdə çəhrayı və qırmızı pomidor, turşuluq, bolqar bibəri, acı
bibər, xiyarın iki növ şitilini satışa çıxarırıq. Hər il bizim
şitillər yaxşı satılır”, – təsərrüfatçı deyir.
Marneuli bazarında indiki mərhələdə şitillərin qiyməti belədir:
- Kələm şitilinin bir dəstəsi 2
lari (dəstədə təxminən 50 ədəd şitil var)
- Bolqar bibəri 10
tetri
- Acı və turşu bibəri 10
tetri
- Qırmızı pomidor 20
tetri
- Çəhrayı pomidor 40
tetri
- Xiyar 50 tetri və 1
lari