Marneuli bələdiyyəsi boks üzrə Gürcüstan çepionatına ev sahibliyi edib
Marneuli bələdiyyəsi 2022-ci il boks üzrə Gürcüstan çempionatına ev sahibliyi edib.

Çempionat şagirdlər arasında keçirilib. Yarışda Marneulili idmançılar Royal Bədəlov və Fazil Sultanov ikinci, Qiorqi Mirzoyan isə üçüncü yeri qazanıb. Turnirdə Marneulidən ümumilikdə, 14 boksçu iştirak edib.

Turnirdə qalib gələn idmançılardan şagird boksçular arasında Gürcüstan milli yığması yaradılacaq. Onlar sonradan Gürcüstanı təmsil edərək beynəlxalq turnirlərdə, həmçinin, Avropa, Dünya çempionatlarında iştirak edəcəklər.

Marneuli İdman Məktəbindən bildirdilər ki, çempionatda ümumilikdə 28 bələdiyyədən 170-ə yaxın boksçu iştirak edib.

Print ელ. ფოსტა
FaceBook Twitter Google