Marneulidə yeniyetmələr arasında futbol çempionatı keçirilib
Marneuli bələdiyyəsinin Tsereteli kəndində 2009-2010-cu il təvəllüdlü yeniyetmələr arasında futbol üzrə yarış keçirilib.

Marneuli “Algeti”-nin məşqçisi Qoça Toroşelidze “Marneuli” radiosu ilə söhbəti zamanı bildirdi ki, oyun Marneuli “Algeti” komandalarının uğuru ilə başa çatıb.

“Oyun Abxaziya Federasiyasının dəstəyi ilə keçirildi, 2009-cu il təvəllüdlülərdə Algeti-Bolnisi, 2010-cu il təvəllüdlülərdə isə Algeti-Tbilisi oynadı. Böyüklərin görüşü 1-1 hesabı ilə başa çatdı. Kiçiklər isə 0-6 bizim xeyrimizə başa vurdular”,
– Toroşelidze bildirdi.

Məşqçinin sözlərinə görə, növbəti oyun bazar ertəsi keçiriləcək və oyunda yenidən 2010-cu il təvəllüdlü yeniyetmələr iştirak edəcək.

Print ელ. ფოსტა
FaceBook Twitter Google