Gürcüstan hökuməti 0,25 hektardan 1,25 hektara qədər torpaq sahəsi
olan fermerlər üçün kənd təsərrüfatı torpaqlarının subsidiya
proqramına başlayıb.
1 hektar torpaq sahəsi üçün 300 lari subsidiya nəzərdə tutulub.
Fermerlər bu proqramdan yararlanmaq üçün kimə müraciət
etməlidirlər? “Marneuli” radiosu məsələ ilə bağlı Kəndlərin
İnkişafı Agentliyinin Regionlarla Əlaqələr Departamentinin Kvemo
Kartli Regional Xidmətinin rəhbəri səlahiyyətlətinin icraçısı
İrakli Xozrevanidze ilə söhbət apardı. Onun qeyd etdiyinə görə,
birinci mərhələdə benefisiarlar “Leiberty Bank”-a getməlidirlər,
orada operatorlar onlara xidmət göstərəcək.
“Bu proqramın həyata keçirilməsini bütün bələdiyyələrdə “Liberty
Bank” həyata keçirir. Potensial benefisiarların siyahısı həmin
banka verilib. Onlar mərhələli şəkildə aqro-kartalara köçürürlər və
benefisiarlara mərhələli şəkildə verəcəklər. Benefisiarlar həmin
banka müraciət etməli və onlara məxsus aqro-kartı tələb
etməlidirlər. Həmin karta bal köçürüləcək və bundan sonra həmin
baldan akkreditasiyadan keçmiş mağazalarda istifadə edə biləcəklər.
Fermerlər Reyestrində də görünə bilər, bank əməkdaşı bunu
yoxlayacaq. Əgər fermer qeyd olunan reyestrdə qeydiyyatda yoxdursa,
orada asan anket doldurmalı olacaq ki, nə istehsal edir və s.
Operator özü benefisiara xidmət göstərəcək, sorğunu da o, aparacaq
və müvafiq portala yükləyəcək”, – Xozrevadnidze
bildirdi.
Qeyd olunan proqrama görə, əgər fermer 0,25 hektar kənd təsərrüfatı
təyinatlı torpağa sahibdirsə, o, 75 lari subsidiya alacaq. Yarım
hektar sahəsi olan halda isə 150 lari alacaq.
Ötən illərdə dövlət subsidiyası alan fermerlərə Fermerlər
Reyestrində təkrar qeydiyyatdan keçmək lazım deyil. Qeydiyyatdan
keçməyənlər və “Liberty Bank”-da prosedurlardan keçməmiş fermerlər
Kənd Təsərrüfatı İnkişafı Agentliyinin qaynar xəttinə, 1501-ə zəng
vura, qeydiyyatdan keçə bilərlər.
Gürcüstan hökumətinin məlumatına görə, subsidiya proqramından 300
000-ə qədər fermer yararlanacaq. Büdcə isə 35 milyon lari təşkil
edir.
Proqram 2022-ci ilin 30 noyabrına qədər davam edəcək.