Marneulili cüdoçular Mestiya bələdiyyəsində keçirilmiş turnirdə uğurla mübarizə aparıblar
Marneuli İdman Məktəbinin yetirmələri 14-15 may tarixində Mestiya bələdiyyəsində, Leri Nakaninin xatirəsinə həsr edilmiş cüdo üzrə beynəlxalq turnirdə birinci, ikinci və üçüncü yerləri qazanıblar.

İdman Məktəbinin İctimaiyyətlə Əlaqələr Xidmətindən “Marneuli” radiosuna bildirdilər ki, qeyd olunan yarışda Marneulidən 10 idmançı iştirak edib.

“Ümumiyyətlə, cüdo Gürcüstanda o dərəcədə fəal idman növüdür ki, demək olar, hər şənbə-bazar yarışa gedirlər. Qeyd olunan turnirdə 10 idmançıdan 8-i mükafata layiq yer tutub. Bir çempionumuz, bir ikincimiz var, beş idmançı isə üçüncü yerə çıxıb”,
– İdman Məktəbindən bildirdilər.

Birinci yerin sahibi Beka Çkadua, ikinci yerin sahibi isə Mikayıl Qocayev olub. Üçüncü yerli sahibləri Seymur Əliyev, Nikoloz Devdariani, Hüseyn Qasımov, Luka Naveriani və Qiorqi Abdelani olublar.

Turnirdə 2008-2009 və 2010-2011-ci il təvəllüdlü idmançılar iştirak edib.


Print ელ. ფოსტა
FaceBook Twitter Google