Marneulidə təsdiqlənmiş koronavirus halları – son həftənin statistikası
Marneulidə son bir həftədə koronavirusa iki yoluxma qeydə alınıb. Marneuli İctimai Səhiyyə və Xəstəliklərə Nəzarət Mərkəzindən “Marneuli” radiosuna bildirdilər ki, hər iki yoluxmuş şəxs yerli klinikada müalicə alır. Onların sözlərinə görə, Marneulidə üç klinikada koronavirus testi etmək mümkündür.

“Sonuncu dəfə 13 may tarixində iki yoluxma qeydə alınmışdı. Hər iki xəstə “Aversi” klinikasında müalicə olunur. Nadir hallarda virus elə qeydə alınır ki, əlamətlər olmur. Məktəb və bağçalarda əməkdaşlardan test götürülməsi yenə davam etdirilir. Eləcə də, “Aversi”, “Geo Hospitals” və “İmedi” klinikalarında xəstələrdən analiz götürülür”.


Marneuli Xəstəliklərə Nəzarət Mərkəzindən bildirdilər ki, peyvənd prosesi davam edir. Marneulidə üç klinikada, Marneuli “Geo Hospitals” və “Geo Hospitals”ın Doğum Evi, “Adik” klinikasında koronavirusa qarşı vaksin vurdurmaq mümkündür.

Print ელ. ფოსტა
FaceBook Twitter Google