Marneulili idmançı boks üzrə Avropa çempionatında iştirak edir
Marneulili Otar Naveriani Yerevanda, yuxarı yaş kateqoriyasında boksçular arasında keçirilən Avropa çempionatında ilk döyüşünü uğurla başa vurub. Marneuli İdman Məktəbindən bildirirlər ki, Naveriani çempionatda 75 kq çəki dərəcəsində mübarizə aparır.

“Otar Naveriani ilk döyüşünü uğurla başa vurub. O, İsraildən olan rəqibinə qalib gəlib və növbəti mərhələyə keçib. Növbəti görüş baş tutacaq, ancaq nə zaman keçiriləcəyi hələ bizə də məlum deyil”, – İdman Məktəbindən bildirdilər.

2022-ci il Avropa çempionatı 21 maydan 31 maya qədər davam edəcək. Çempionatda Gürcüstan milli yığmasının 10 idmançısı iştirak edir.

Print ელ. ფოსტა
FaceBook Twitter Google