Gender bərabərliyi üçün 10 kart – 2 saylı məktəbin şagirdləri layihənin təqdimatını keçiriblər
31 may tarixində Marneuli Mülki Məşğulluq Mərkəzində, Marneuli 2 saylı ictimai məktəbinin şagirdlərinin “Gender bərabərliyi üçün 10 kart” layihəsinin təqdimatı keçirilib.

Görüşdə məktəb şagirdləri gender məsələlərindən və diskriminasiyadan danışıblar. Şagirdlərin “Marneuli” radiosuna bildirdiyinə görə, gələcəkdə daha üç sinifdə belə tədbir keçirilməsini planlaşdırırlar.

“Bu gün burada olanları layihəmiz barədə məlumatla tanış etdik, hər kartda gender diskriminasiyası və s. barədə kitablar var. İstəyirik ki, buraya dəvət edilmiş uşaqlara gender məsələləri barədə məlumat verək. 3 məktəb seçdik və görüşlər orada da keçiriləcək. Bunlar erməni, gürcü və azərbaycan məktəbləridir. Kartalrımız da müvafiq olaraq üç dildə çap edilib”, - Əkbən Mahmudov bildirdi.

“Bukartlar gənclər üçün çox yaxşıdır, onlara birbaşa açar verəcəyik ki, gender bərabərliyi ilə bağlı stereotiplərə necə qalib gəlsinlər. Bizim məktəbin qoşulması yüksəkdir və nə qədər çox şagird müzakirəyə qoşularsa bu problemlər daha tez həll olunacaq”, -
Salome Qelaşvili bildirdi.

Təqdimata Marneuli 5 saylı ictimai məktəbinin şagirdləri dəvət olunmuşdu. Marneuli 2 saylı ictimai məktəb şagirdlərinin sözlərinə görə, layihənin məqsədi gender məsələsində gənclərin məlumatlandırılmasıdır.

Print ელ. ფოსტა
FaceBook Twitter Google