Marneulili veteran cüdoçular Avropa çempionatında qalib olublar
Marneulili veteran cüdoçular – Sandro İakobaşvili və Zaza Davadze Yunanıstanda keçirilən Avropa çempionatında qalib olublar. Marneuli İdman Məktəbindən bildirdilər ki, yarışda Gürcüstandan 20 idmançı iştirak edib.

“Çempionat 2-5 iyun tarixlərində Heraklion adasında keçirildi. Bizim veteran cüdoçular sonuncu gün komanda yarışında birincilik qazanıblar. Onlar dörd qızıl, bir gümüş və bir bürünc medal əldə ediblər”, –
İdman Məktəbindən bildirdilər.

Yunanıstanda keçirilmiş Avropa çempionatına getmiş Gürcüstan yığmasının heyətinə Marneuli bələdiyyəsinin İdman Məktəbinin direktoru, Gürcüstan Milli Cüdo Federasiyasının İcra Komissiyasının üzvü Mamuka Naveriani rəhbərlik edirdi.












"Marneuli" Radiosu
Print