Milli Qida Agentliyi Marneulidə 9 obyekti cərimələyib. Agentliyin
Kvemo Kartli Regional İdarəsinin rəhbəri Miranqula Liparteliani
“Marneuli” radiosu ilə söhbəti zamanı bildirdi ki, Marneulidə əsas
pozuntular ət mağazalarında, heyvan sallaqxanalarında qeydə alınıb.
“Kvemo Kartlidə planlı və plansız yoxlama aparıldı. Marneulidə iki
ciddi uyğunsuzluq var idi. Hər biri 1000 lari dəyərində cərimələndi
və istehsal prosesi dayandırıldı. 7 obyektdə isə etika qaydalarının
pozulması və qeydiyyatsız fəaliyyəti göstərmə halları qeydə
alınıb”, - Liparteliani bildirdi.
Milli Qida Agentliyi may ayında Kvemo Kartlidə ümumilikdə, 22
obyekti cərimələyib.