Marneulidə “Başqa Gürcüstan haradadır” müsabiqə-festival keçirilib
16 iyun tarixində Marneuli Mədəniyyət Mərkəzində “Başqa Gürcüstan haradadır” gürcü mahnı müsabiqə festivalı keçirilib. Müsabiqə iki mərhələdən ibarətdir və bütün Gürcüstan miqyasında yeniyetmələr iştirak edirlər. Müsabiqə-festivalın təşkilatçısı, Maia Camalaşvilinin sözlərinə görə, tədbir Marneulidə artıq 6 ildir keçirilir.

“İlk festival 2016-cı ildə idi. O zaman Qiorqi Pxakadze və mən əsasını qoyduq. Başdan yalnız Kvemo Kartli ilə başladıq və hər il regionlar artır. Bu gün artıq bütün Gürcüstan təqdim olunub – Duşeti, Samtsxe-Cavaxeti, Bolnisi, Rustavi və s. Çox kompetentli jurimiz var və ən önəmlisi, yalnız gürcü mahnıları oxuyuruq. Birinci turda, mahnılar yalnız vətən haqqındadır, ikinci turda isə hər hansı mövzuda gürcü mahnısıdır”, – Camalaşvili bildirdi.

Müsabiqə-festivalın təşkilatçısının sözlərinə görə, final 29 iyunda, Marneulidə baş tutacaq və qaliblər müəyyən olunacaq.

Print ელ. ფოსტა
FaceBook Twitter Google