Marneulidə bağça və məktəbəqədər hazırlıq qruplarını 873 uşaq bitirib
Marneuli bələdiyyəsində 11 uşaq bağçasını 406 məktəbyaşlı uşaq bitirib. Bu barədə Uşaq Bağçaları Birliyinin rəhbəri Zaur Kərəmov “Marneuli” radiosuna bildirdi. Onun sözlərinə görə, 2021-22-ci tədris ilində məktəbəqədər hazırlıq qruplarını 458 uşaq bitirib.

“2021-22-ci tədris ilini, ümumilikdə, 873 uşaq bitirib. Buradan bəziləri uşaq bağçalarının, bir qismi isə məktəbəqədər hazırlıq qruplarının uşaqlarıdır”, – Kərəmov bildirdi.

Marneuli bələdiyyəsində bu il 11 bağça və 16 məktəbəqədər hazırlıq qrupu fəaliyyət göstərirdi. 2022-23-cü ildə güman ki 15 uşaq bağçasında təhsil prosesi bərpa olunacaq. Bu bağçalara təxminən 1000 uşaq qəbul ediləcək.

Print ელ. ფოსტა
FaceBook Twitter Google