Saimerloda suyun verilməsi günün ikinci yarısında bərpa olunacaq
Marneuli bələdiyyəsinin Saimerlo kəndində artıq iki gündür əhalinin bir qisminə içməli su verilmir.

Saimerlo sakinləri “Marneuli” radiosu ilə söhbətləri zamanı bildirdilər ki, suyun nə zaman bərpa olunacağı barədə məlumatları yoxdur. İsti yay günlərində içməli suyun olmaması isə onlar üçün xüsusilə problemdir.

Gürcüstan Birləşmiş Su Təchizatı Şirkətinin qaynar xəttindən “Marneuli” radiosuna bildirdilər ki, kənddə içməli su probleminin olması ilə bağlı məlumatları yoxdur. Onların sözlərinə görə, əsas mənbədə çatışmazlıq var və bərpa işləri aparılır.

“Bu gün səhərdən əsas mənbədə təmir işlərinə başlayıblar. Turbin sıradan çıxıb, mühərrik də təmir edilməlidir. Güman ki, günün ikinci yarısında kəndə suyun verilməsi bərpa olunacaq”,
– şirkətdən bildirdilər.

Saimerlo kənd sakinləri bildirirlər ki, son dövrdə su tez-tez məhdudiyyətlə verilir və bu ilk hal deyil.

Print ელ. ფოსტა
FaceBook Twitter Google