"Ananın ürəyi dayanıb, uşağın ürəyi də dayanıb" - bədbəxt hadisə zamanı xilas edilmiş körpənin vəziyyəti necədir
26 iyun tarixində Marneuli şəhərinin Nərimanov küçəsində baş vermiş bədbəxt hadisə zamanı xilas edilmiş körpə Tbilisidə, “Jerarsi” klinikasının reanimasiya şöbəsində həkimlərin müşahidəsi altındadır.

Tibb müəssisəsindən uşağın vəziyyətinin çox ağır olduğunu bildiriblər. Onun ağır vəziyyətinə, ana bətnində olan zaman ürək inkişafının ağır anomaliyası da əlavə olunub. Klinikanın Kardio-reanimasiya Şöbəsinin rəhbəri Qia Bibilaşvilinin sözlərinə görə, həkimlər xəstəyə növbəti tibbi müdaxilə edilmə məsələsi planlaşdırmaq üçün vəziyyətin yaxşılaşmasını gözləyirlər.

“Çox ağır vəziyyətdə gətirildi. Vəziyyətin ağır olmasına bədbəxt hadisə nəticəsində ananın ürəyi dayandıqdan sonra uşağın ürəyinin dayanması da səbəb olub. Qeysəriyyə əməliyyatı zamanı real olaraq uşağı ürəyi dayanmış vəziyyətdə çıxarıblar. Bunların hamısı ilə yanaşı aydın olub ki, uşaq ana bətnində olan zaman ürək inkişafında ağır anomaliya yaranıb. Biz bunu mərkəzi qan-damar transopozisiyası adlandırırıq. Bu çatışmazlıq ümumiyyətlə çətindir. Əməliyyat olmadan yaşamaq mümkün deyil. Hazırda qanın dövranı və baş-beyin baxımından vəziyyət çox ağırdır. Ürəyin dayanması baş beyinin zədələnməsinə səbəb olur. Bu məqamda əməliyyatla müdaxilə etmək planlaşdırılmır. Vəziyyətin stabilləşməsini gözləyirik. Ən çox onun nevrologiyası məni narahat edir. Onun qan dövranı dayandıqda baş beyində hansı dərəcədə ziyan görüb. Bu ən mühüm olanıdır. Çünki ola bilsin, əməliyyat uğurlu olsun, amma ürəyin dayanmasına görə, uşağın nevroloji statusu qənaətbəxş olmaya bilər”,
- Bibilaşvili bildirib.

Həkimlər bədbəxt hadisə zamanı zərəçəkmiş daha iki uşağın vəziyyətini stabil ağır qiymətləndirirlər. Yeniyetmələrədn biri Tbilisidə, “Amtel Hospital”-da reanimasiya şöbəsindədir. Klinikanın pediatr xidmətinin rəhbəri “Marneuli” radiosu ilə söhbəti zamanı bildirdi ki, uşaq protokolla nəzərdə tutulmuş müalicəni alır.

“Vəziyyəti stabil ağırdır. Xəstə klinikaya travmatik şokla gətirildi. Protokolla nəzərdə tutulmuş müalicə başlanılıb və reanimasiyada qalır. Gətirilən zaman əsasən xəstənin bud nahisəyində zədələr var idi”,
- klinikadan bildirdilər.

Daha bir yeniyetmə “Aversi” klinikasında müalicə alır. O, da hadisə zamanı yüngül xəsarət alıb. Klinikanın menecerinin sözlərinə görə, xəstənin vəziyyəti stabildir və hələ müalicəyə ehtiyac var.

Marneulidə, Nərimnaov küçəsində eyvanların uçması nəticəsində iki qadın dünyasını dəyişib. Onlardan biri hamilə idi. Həkimlər hamilə qadının körpəsini xilas edə biliblər.

DİN-dən “Marneuli” radiosuna bildirdilər ki, faktla bağlı Cinayət Məcəlləsinin 240-cı maddəsi ilə istintaq aparılır. Həmin maddə tikinti və ya başqa işlər zamanı təhlükəsizlik qaydalarının pozulmasını nəzərdə tutur.


Print ელ. ფოსტა
FaceBook Twitter Google