Marneulinin topdan satış mağazalarında məhsulların qiyməti nə dərəcədə artıb
Günəbaxan yağı, şəkər, duz, çörək və bu kimi gündəlik tələbat mallarının qiyməti hər gün artır.

Marneulinin ərzaq mağazalarında bunu asan şəkildə görmək mümkündür. Marneulinin ticarət mərkəzlərindən birinin nümayəndəsi “Marneuli” radiosuna bildirdi ki, mağazaya gedən zaman alıcı hər gün müxtəlif qiymətlərlə qarşılaşır.


“Ümumiyyətlə, məhsulun qiyməti hər gün dəyişir və alıcılar da artıq təəccüblənmirlər. Bəzisi təəccüblənir, “dünən
şəkəri başqa qiymətə aldım, bu gün 10 tetri bahalanıb?” – deyə soruşurlar. Bir ildən artıqdır, kolbasanın qiyməti olduğu kimidir, süd məhsullarının qiyməti üç aydır bahalaşmayıb. Əsasən un məhsullarında qiymət artımı qeydə alınır: şirniyyat, un məmulatları, şəkər, günəbaxan yağı və bu kimi məhsullar. Bu artım isə təxminən 10%-dir”,
– ticarət mərkəzindən bildirdilər.




Həmin ərzaq mağazasında kassada əyləşən operator da müştərilərin narazılığından danışır. Onun sözlərinə görə, əgər bir az əvvəl müştərilər 300 lari ilə bir səbəti doldururdularsa, indi həmin pulu yarım səbətə ödəyirlər.

“Müştəri olaraq deyim ki, insana lazım olan hər şey çox bahalaşıb. Həmin mağazanın kassa operatoru qeyd edir ki, son dövrdə müştəri narazılığını müşahidə edir. Məsələn, əgər alıcı 300 lari ilə bir səbət məhsul alırdısa, indi həmin pulu yarım səbətə ödəyir. Qiymətlərin artmasından alıcılar narazıdır, onlar hara etiraz edəcəklərini bilmirlər”,
– operator qeyd etdi.



Təqaüdçü Hacı Məmmədovun sözlərinə görə, məhsulun və dərmanların bahalaşdığı dövrdə, təqaüd yaşamaq üçün kifayət etmir. Onun sözlərinə görə, dövlət tərəfindən nə məhsulun keyfiyyətinə, nə də qiymətlərə nəzarət olunur.

“Hamı, bizim hökumət də yaxşı bilir ki, hər şeyin qiyməti artıb. Mən düşünürəm ki, bu hökumət getməlidir, bu yeganə çıxış yoludur. Dərmanlar da, məhsul da çox bahadır. Təqaüdçüyəm, aldığım nəyə kifayət edir? Kommunal vergi ödəyim, dərman alım, yoxsa ərzaq? Sadəcə mövcuduq, dolanırıq, buna yaşamaq deyilmir. Günəbaxan yağı 4 lari idi, indi 10 laridən artıq olub. Hər şey belədir. Nə yediyimizə də heç kim nəzarət etmir, hansı keyfiyyətdədir, bilmirik. Qiymətlər artır və maaş azdır. Çox pis həyat gəlib”
, – Hacı Məmmədov bildirdi.




Marneuli ərzaq mağazalarında ilkin tələbat mallarının orta qiyməti belədir:
1 kq un – 5 lari
Çay 250qr – 5 lari
Düyü – 4 lari
Qarabaşaq – 5 lari
Yulaf – 5 lari
Şəkər – 3 lari
Günəbaxan yağı - 15 lari
Duz – 1,40 lari
Lobya – 5 lari
1 l süd – 2,40 lari
Bir banka qatıq – 2,30 lari


“Gürcüstan Milli Statistika Xidmətinin” məlumatına görə, 2022-ci ilin mayında illik inflyasiya səviyyəsi 13,3% təşkil edib və ölkədə inflyasiya səviyyəsi yenə yüksəkdir. Göstəricilərə əsasən, ərzaq və spirtsiz içkinin qiymətləri 22% artıb, bu isə illik inflyasiyaya 6,88 faiz təsir edib.
Print ელ. ფოსტა
FaceBook Twitter Google
«« დეკემბერი 2024 »»
252627282930 1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31 12345