5 iyul tarixində, saat 13:00-da Marneuli bələdiyyəsinin İctimai
Kitabxanasında səyyar sərginin dördüncü tədbiri keçiriləcək.
Sərgidə Ana Barcadze, Keyt Mixaylova, Polina Koçkina, Mariam
Tinikaşvili, Aleksandra Koxani, Cudit Meyer, Ana Qabisiani, Qiorqi
Kikoria, Natalia Qolubenko, Samirə Əhmədova, Qiorqi Arzyan, Hana
Kuk, Ana Qurianova, Olya İvanenko, Filip Polivan, Pia Ribnikari,
Vera Kiriteşeva, “SVAYA” qrupu iştirak edəcəklər.
Bu barədə
“Facebook” səhifəsində məlumat yayımlanıb. Məlumatda
deyilir ki, sərgidə təqdim olunacaq qrup və fərdi layihələr ictimai
məkanlara, sərhədlərə, bədənin dərk edilməsinə, müxtəlif sosial
qrupların və təcrübələrin təqdim edilməsinə münasibət bildirir. Hər
bir əl işində ictimai məkanın əlçatanlığı mövzusu kifayət qədər
böyük rol oynayır.
Tədbir çərçivəsində görkəmli rəssam Dina Oqanova ilə söhbət baş
tutacaq. O, əsasən Gürcüstanda və keçmiş Sovet İttifaqı ölkələrində
özünün uzunmüddətli layihəsi üzərində işləyir. Dina 20 ildən
artıqdır, dünyanın bir çox aparıcı müsabiqələrində qalib gəlib və
onun əl işləri dünyada çox ölkələrdə təqdim olunub.
Üç günlük tədbir eləcə də vorkşopdan ibarət olacaq. Orada
işlədilmiş kağızdan necə yeni vərəq düzəldə biləcəyinizi
öyrənəcəksiniz.
“Adsız Tbilisi” 2021-ci ilin 4 ayı ərzində ukraynalı və alman
tərəfdaş təşkilatlarla birlikdə Almaniya Federativ ofisinin,
"Responsibility and Future Future" (EVZ) Fondunun dəstəyi ilə
hibrid təhsil layihəsini həyata keçirib.
Vorkşopda iştirak etmək istəyənlər 595467140 nömrəsinə zəng vura
bilərlər. Layihənin dəstəkçisi Henrix Böll Fondunun Tbilisi ofisi –
Cənubi Qafqaz Regionudur.