Marneuli Kitabxanasında səyyar sərginin dördüncü tədbiri keçirilib
Bu gün, 5 iyul tarixində, Marneuli İctimai Kitabxanasında səyyar sərginin dördüncü tədbiri keçirilib. Tədbirdə dəvət edilmiş qonaqlar və Marneulili fəal gənclər iştirak edirdilər.

Məlumatda deyilir ki, sərgidə təqdim olunacaq qrup və fərdi layihələr ictimai məkanlara, sərhədlərə, bədənin dərk edilməsinə, müxtəlif sosial qrupların və təcrübələrin təqdim edilməsinə münasibət bildirir.

Adsız qalereyanın direktoru Qiorqi Rodionovi “Marneuli” radiosu ilə söhbəti zamanı bildirdi ki, bugünkü tədbir ötən il həyata keçirilmiş layihənin yekun hissəsidir.

“Adsız qalereya Marneuliyə sərgi, bilginin hibrid mediasiyasını gətirib. Bu ötən il 4 ay ərzində həyata keçirilmiş layihənin bir hissəsidir. Layihədə gürcü, ukraynalı və alman gənc rəssamlar iştirak edirdilər. Onlar qadın hüquqları, ekologiya və nəinki Gürcüstanda hətta bütün dünyada real olaraq ictimaiyyəti narahat edən problemlərlə bağlı mövzular üzərində işləyirdilər. Sərgi ilə yanaşı kağız hazırlamaqla bağlı vorkşop keçirilib. Sərgi isə üç gün ərzində Marneuli Kitabxanasında davam etdiriləcək"
, –  Rodionov bildirdi.

Tədbir çərçivəsində görkəmli rəssam Dina Oqanova ilə söhbət baş tutub. O, əsasən Gürcüstanda və keçmiş Sovet İttifaqı ölkələrində özünün uzunmüddətli layihəsi üzərində işləyir. Dina 20 ildən artıqdır, dünyanın bir çox aparıcı müsabiqələrində qalib gəlib və onun əl işləri dünyada çox ölkələrdə təqdim olunub.

“Adsız Tbilisi” 2021-ci ilin 4 ayı ərzində ukraynalı və alman tərəfdaş təşkilatlarla birlikdə Almaniya Federativ ofisinin, "Responsibility and Future Future" (EVZ) Fondunun dəstəyi ilə hibrid təhsil layihəsini həyata keçirib.

Print ელ. ფოსტა
FaceBook Twitter Google