Marneulinin Aversi klinikasında koronavirusa yoluxmuş 20 xəstə müalicə alır
Marneuli bələdiyyəsində son 10 gün ərzində koronavirusa yoluxma halları artıb. Bu barədə İctimai Səhiyyə Mərkəzindən “Marneuli” radiosuna bildirdilər. Verilən məlumata görə, gün ərzində iki və ya üç yoluxma halı qeydə alınır.

„Yoluxma halları artıb, bu statistikaya da təsir göstərib. Bizdə Marneuli miqyasında yoluxma hallarının göstəricisinə görə, 7 iyuldan bu günə qədər 13 yoluxma halı qeydə alınıb”, – İctimai Səhiyyə Mərkəzindən bildiriblər.

Koronavirusa yoluxma hallarının artması Marneuli Aversi klinikasında da hiss olunur. Klinikanın meneceri Manana Kapanadze bildirdi ki, klinika hibrid qaydada işləyir və indiki mərhələdə 20 nəfər xəstə müalicə alır.

“Bu günə olan vəziyyətə görə, bizim klinikada 18 xəstə palatada müalicə alır, iki xəstə isə reanimasiyadadır. Həmin xəstələr yalnız yerli sakinlər deyil, qonşu bələdiyyələrdən də gələnələr var”, – Aversi klinikasının meneceri bildirdi.

Gürcüstanda son bir həftədə, 5 154 yoluxma qeydə alınıb, 3 nəfər dünyasını dəyişib, 2238 nəfər isə sağalıb.

Print ელ. ფოსტა
FaceBook Twitter Google